Əməkdar artist Almaz Əlsgərli həmkarlarının sosial şəbəkələrdəki paylaşımları və tamaşaçılardan gələn reaksiyalar barədə danışıb.
Milli.Az-ın məlumatına görə, müğənni "Meqa Şou" verilişinin qonağı olarkən sənətçilərin geyim seçimləri ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Almaz Əlsgərli bəzi ifaçıların açıq-saçıq geyimlərinə görə izləyicilər tərəfindən tənqid olunduğunu deyib. Onun sözlərinə görə, sənətçilərin bu iradlara "yaxşı eləmişəm, yenə də geyinəcəyəm" kimi cavablar verməsi müzakirələrin daha da böyüməsinə səbəb olur.
Əməkdar artist həmkarlarına müraciət edərək sosial şəbəkələrdə ünvanlanan fikirlərə münasibətdə daha diqqətli olmağın vacibliyini vurğulayıb.
Sənətçinin fikirləri efirdə müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)