Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb

30 Sentyabr 2026 00:24

Naxçıvanda motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Qəza nəticəsində Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)