Nübar efirə qayıdır

30 Sentyabr 2026 00:11

Aparıcı Nübar Əbil Space TV-də fəaliyyətə başlayır.

Milli.Az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:

"Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həftə içi 5 gün səhər saat 8-dən 10-a qədər Space TV-də tamaşaçıların görüşünə gələcəyimi bildirmək istəyirəm".

Qeyd edək ki, Nübar əvvəllər AzTV-də yayımlanan "Günə davam" proqramında çalışıb. O, daha sonra fəaliyyətini "Mədəniyyət TV"də davam etdirib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)