Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)

30 Sentyabr 2026 00:08

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir.

Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevvralınadək minimum əməkhaqqının artacağı gözlənilir.

Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi də artıma uyğun olaraq yeni ildə aparılacaq.

Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 17 milyard manatdan artıq vəsait bu sahəyə yönəldiləcək.

Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir.

Daha ətraflı videomaterialı təqdim edirik.  

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)