Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi

29 Sentyabr 2026 20:58

İngiltərə Premyer Liqası "Mançester Siti" klubu barədə açıqlama yayıb.

Milli.Az xəbər verir ki, Premyer Liqa müstəqil Komissiyanın qərarını təsdiqləyib. Qərara əsasən, "Mançester Siti" doqquzillik dövr ərzində gəlirləri süni şəkildə artırmaq və xərcləri azaltmaq üçün "saxta" müqavilələrdən istifadə edib.

Aparılan araşdırmanın nəticələri göstərir ki, bu razılaşmalar klubun maliyyə hesabatlarına 900 milyon funt-sterlinqdən çox təsir göstərib.

"Mançester Siti"nin qərardan apellyasiya şikayəti vermək hüququ var.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)