Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.
O, hadisə nəticəsində həyatını itirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)