FIFA-nın prezidenti Canni İnfantino FIFA-ya göstərdiyi dəstəyə və 2026-cı ildə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatına və festivalına Bakının ev sahibliyi etməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə İnfantino Bakıda Prezident İlham Əliyevlə görüşündən sonra "Instagram" səhifəsində paylaşdığı yazıda bildirib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda görüşərək FIFA-ya göstərdiyi dəstəyə və ilk dəfə keçiriləcək 2026-cı il FIFA U-15 Dünya Çempionatına və festivalına ev sahibliyi etdiyinə görə ona təşəkkür etmək mənim üçün böyük şərəf idi!" - deyə İnfantino yazıb.
O qeyd edib ki, Prezident İlham Əliyev gənclərə imkanlar yaradılmasında və icmaların birləşdirilməsində futbolun rolunu yüksək qiymətləndirir.
İnfantino həmçinin futbolun inkişafı istiqamətində layihələrin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında davam etdirilməsinə Prezident İlham Əliyevin dəstəyindən məmnun olduğunu bildirib.
Xəbər yenilənir...
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)