Oktyabr ayı üçün hava proqnozu açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.
Oktyabrın ilk ongünlüyünün ilk yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qara keçəcəyi gözlənilir.
Bakı və Abşeron
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı gözlənilir. Bu göstəricinin iqlim normasına yaxın və bir qədər yüksək olacağı bildirilir.
Gecələr temperatur 13-18, gündüzlər 18-23 dərəcə isti olacaq. Bəzi günlərdə temperaturun 25-27 dərəcəyə yüksələcəyi ehtimal olunur.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır. Norma 26-40 mm təşkil edir.
Naxçıvan
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı ehtimal edilir.
Gecələr temperatur 12-17, gündüzlər 23-28 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 30-33 dərəcəyə çata bilər.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Norma 19-32 mm-dir.
Dağlıq və dağətəyi ərazilər
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 9-13 dərəcə isti olacağı proqnozlaşdırılır.
Gecələr temperatur 5-10, gündüzlər 13-18 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 23-25 dərəcəyə yüksələ bilər. Aylıq yağıntının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Norma 47-56 mm-dir.
Şərqi Zəngəzurda - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti olacağı gözlənilir.
Gecələr temperatur 4-9, gündüzlər 12-17 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 19-24 dərəcəyə çata bilər. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir. Norma 53-56 mm-dir.
Qərb rayonları
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperaturun 15-18 dərəcə isti olacağı gözlənilir.
Gecələr 12-17, gündüzlər 19-24 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 26-28 dərəcəyə yüksələ bilər. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Şimal və şimal-qərb rayonları
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 13-16 dərəcə isti olacağı gözlənilir.
Gecələr temperatur 9-14, gündüzlər 17-22 dərəcə isti olacaq. Bəzi günlərdə 25-28 dərəcə isti hava müşahidə oluna bilər.
Dağlıq ərazilərdə gecələr temperaturun 2-7, gündüzlər isə 7-12 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının iqlim normasına yaxın olacağı gözlənilir. Norma 33-126 mm-dir.
Mərkəzi aran rayonları
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı proqnozlaşdırılır.
Gecələr temperatur 13-18, gündüzlər 19-24 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 26-29 dərəcəyə çata bilər.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir. Norma 31-46 mm-dir.
Cənub rayonları
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 15-18 dərəcə isti olacağı gözlənilir.
Gecələr temperatur 13-18, gündüzlər 18-23 dərəcə isti olacaq. Bəzi günlərdə temperatur 26 dərəcəyə yüksələ bilər.
Dağlıq ərazilərdə gecələr 5-10, gündüzlər 12-17 dərəcə isti hava gözlənilir. Bəzi günlərdə temperatur 20-24 dərəcəyə çata bilər.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır. Norma 96-274 mm təşkil edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)