İntensiv yağışlar zamanı riskli ərazilərdə qabaqlayıcı tədbirlər görülür.
Milli.Az xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, yağış və tullantı su kollektorları, kanalizasiya nasos stansiyaları və əlaqəli xətlərin işi hava şəraitinə uyğun tənzimlənir.
Xırdalan, Binəqədi, Biləcəri, Qaradağ, Xətai, Nizami, Nərimanov və Sabunçunun bəzi ərazilərində kollektor və nasos sistemləri gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır.
Güclü yağış proqnozu olduqda riskli ünvanlar əvvəlcədən müəyyənləşdirilir, xüsusi nasos və texnikanın həmin ərazilərə yaxın yerləşdirilməsi təmin olunur. Zərurət yaranarsa, su axınlarının alternativ istiqamətlərə yönləndirilməsi üçün texniki imkanlardan istifadə edilir. Məqsəd su yığıntılarına daha operativ müdaxilə etməkdir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)