“Roşka”nın 5 il həbsi tələb edildi

29 Sentyabr 2026 14:12

"TikTok"da "Roşka"kimi tanınan Rövşən Süleymanovun məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror "Roşka"nın Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün bir neçə saat vaxt verilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)