Sosial şəbəkələrdə yayılan toy görüntüləri diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, Tunisdə keçirilən toy mərasimlərindən birində gəlinin görünüşü maraq doğurub. Belə ki, gəlinin bəd nəzərdən qorunması məqsədilə başdan-ayağa qızıl zinət əşyaları ilə bəzədildiyi görüntülənib.
Gəlinin üzərinə taxılan çoxsaylı qızıl aksessuarlar sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Sözügedən görüntülər qısa müddətdə geniş yayılaraq müxtəlif müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)