Müğənni Şəbnəm Tovuzlu yeni layihəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi yeni ifasının anonsunu sosial media hesabında yayımlayıb. Paylaşımda onun fərqli obrazda çəkilmiş görüntüləri yer alıb.
Şəbnəm Tovuzlunun yeni görünüşü izləyicilərin diqqətindən yayınmayıb. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və istifadəçilər ifaçının yeni obrazı ilə bağlı müxtəlif fikirlər bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)