Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)

29 Sentyabr 2026 11:15

Türkiyəli müğənni Sıla konsert zamanı seçdiyi qırmızı rəngli səhnə geyimi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni qırmızı braletini qısa blazer və bütün uzunluğu boyunca bağcıqları olan şalvarla tamamlayıb. Onun səhnə tərzi gecə boyu tamaşaçıların diqqətindən yayınmayıb.

Xüsusilə şalvarın üzərindəki bağcıqlı detallar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Sıla-nın görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Bəziləri müğənninin tərzini "rok ulduzu aurası" ilə əlaqələndirib, digərləri isə geyimin qeyri-adi dizaynına diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)