Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndində yerləşən fermalardan birinin həyətində yanğın baş verib.
Milli.Az xəbər verir ki, yanğın daha sonra yaxınlıqdakı meşə sahəsinə keçib.
Hadisə nəticəsində ümumilikdə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yanğının ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub və hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)