Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat

29 Sentyabr 2026 10:26

Sentyabrın 28-də ölkə ərazisində 34, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olan 175 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 158-i borclu şəxs qismində axtarışda olub.

Polis əməkdaşları narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi və götürülməsi ilə bağlı isə 7 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)