UEFA Mbappeyə ağır cəza verdi

29 Sentyabr 2026 10:05

UEFA Fransanın "Lill" klubunda çıxış edən Etan Mbappe ilə bağlı qərar qəbul edib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi üç oyunluq diskvalifikasiyaya məruz qalıb.

Etan Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Betis"lə qarşılaşmada meydandan qovulub. O, görüş zamanı rəqib müdafiəçisi Natana əl ilə zərbə endirib.

Baş hakim Georgi Kabakov epizodu VAR sistemindən izlədikdən sonra fransalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib.

Beləliklə, Mbappe cəza səbəbindən "Arsenal", "Qalatasaray" və "Budyo-Qlimt"ə qarşı keçiriləcək Çempionlar Liqası oyunlarını buraxacaq.

Qeyd edək ki, "Lill" və "Betis" arasında baş tutan qarşılaşma İspaniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)