Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bəzi ərazilərdə şimşək çaxır, yağıntılar leysan xarakteri daşıyır.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 29-u saat 09:00-a olan məlumatında bildirilib.
Qeyd olunub ki, ən çox yağıntı Tovuz və Şahbuzda qeydə alınıb - 8 mm. Gədəbəydə 5 mm, Sarıbaş (Qax) və Balakəndə 4 mm, Zaqatala və Kürdəmirdə 3 mm yağıntı düşüb.
Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ və Lənkəranda 2 mm, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, həmçinin Bakı və Abşeron yarımadasında isə 1 mm-dək yağıntı qeydə alınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)