"Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq".
Milli.Az xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının prezidenti Takeşi İvayanı qəbul edərkən deyib.
Vanq Yi Yaponiyanı İkinci Dünya Müharibəsindəki keçmişindən dərs çıxarmağa, "Sülh Konstitusiyası"na hörmət etməyə və Tayvan məsələsində "səhv söz və hərəkətlərini" düzəltməyə çağırıb.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Takaiçi Sanae 2025-ci ilin noyabrında Tayvan boğazına mümkün müdaxilənin ölkənin mövcudluğuna təhdid yarada biləcəyini və belə vəziyyətdə hərbi gücdən istifadə oluna biləcəyini bildirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)