"Qarabağ"ın legioneri millidə zədələndi

29 Sentyabr 2026 09:41

"Qarabağ"ın futbolçusu Renaldo Sefas Yamayka millisinin düşərgəsində zədələnib.

Xarici medianın məlumatına görə, o, Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb. 26 yaşlı vinger matçın 12-ci dəqiqəsində ayağından zədə alıb və əvəzlənməli olub.

Sefasın durumu ilə bağlı hələlik açıqlama verilməyib. Oyun Hondurasın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Sefas sentyabrın 26-da KONKAKAF Millətlər Liqasında Qvatemala ilə matçın əlavə vaxtında qol vuraraq Yamaykaya qələbə (3:2) qazandırmışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)