"Barselona"nın ulduzundan mənfi xəbər var.
Milli.Az xəbər verir ki, klubun yarımmüdafiəçisi Frenki de Yonqun fiziki cəhətdən hələlik tam hazır olmaması səbəbindən noyabrın 1-dək komandaya kömək edə bilməyəcəyi dəqiqləşib.
Niderlandlı futbolçu bu səbəbdən PSJ və "Real Madrid"ə qarşı keçiriləcək vacib matçlarda iştirak etməyəcək.
Onun yaşıl meydanlara noyabrın 1-dən sonra dönməsi gözlənilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)