Qızıl ucuzlaşıb...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, ötən aylarla müqayisədə qızılın qiymətində enmə müşahidə olunur. Səbəb isə dünya bazarında bu qiymətli metalın ucuzlaşmasıdır.
Satıcılar bildirirlər ki, qiymət azalması qızılın növü və əyarından asılı olaraq dəyişir. Bəzi məhsullarda bir qram üçün 4-5 manat, bəzilərində isə daha çox ucuzlaşma var.
Alıcıların bəziləri illərdir qızıl aldıqlarını, bəziləri isə endirimdən yararlanmaq üçün mağazalara üz tutduqlarını deyirlər. Onlarda qiymətlərdə enmə olduğunu təsdiqləyirlər.
Qeyd edək ki, qızılın qiyməti dünya bazarında son bir ay yarımda ilk dəfə 1 troya unsiyası üçün 4250 dollardan aşağı düşüb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)