Hasil Abbasov vəzifəsindən azad edildi

28 Sentyabr 2026 19:39

Dövlət Məşğulluq Agentliyinin (DMA) Lənkəran-Astara Regional Məşğulluq filialında şöbə müdiri işdən çıxarılıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, filialın Masallı Rayon Xidmət Şöbəsinin müdiri Məcnun Məmmədsəfa oğlu Cəbiyev vəzifəsindən azad olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)