Aparıcı İlkin Həsəni həyat yoldaşı Aysel Həsənini doğum günü münasibətilə sevindirib.
Milli.Az xəbər verir ki, bloqer xanım sosial media hesabında paylaşdığı görüntülərlə həyat yoldaşından avtomobil hədiyyəsi aldığını nümayiş etdirib.
Aysel Həsəni yeni avtomobilinin videosunu izləyiciləri ilə bölüşüb. O, paylaşımında həyat yoldaşına sevgisini belə ifadə edib:
"Təşəkkür edirəm, sevgilim".
Həmin paylaşımı təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)