Avropa İttifaqı (Aİ) Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanova qarşı sanksiya tətbiq edib.
Milli.Az xəbər verir ki, bu barədə Aİ Şurasının qərarında bildirilib.
Qeyd olunub ki, sanksiya Ukraynadakı münaqişə zonasından uşaqların təxliyəsi ilə əlaqədar tətbiq edilib. Brüssel bu addımı "məcburi deportasiya" kimi qiymətləndirib.
Ümumilikdə yeni sanksiyalar 10 fiziki şəxs və 17 təşkilatı əhatə edir. Tədbirlər çərçivəsində onların aktivlərinin dondurulması və Aİ-yə girişinə qadağa qoyulması nəzərdə tutulub.
Sanksiya siyahısına Rusiya və Şimali Koreyada fəaliyyət göstərən uşaq və gənclər idman düşərgələri də daxil edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)