Aqrar sektorda güzəşt nəzərdə tutulan texnika və avadanlıqların siyahısına yeni əlavələr edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı yeni qərar qəbul olunub. Dəyişikliyə əsasən, kombayn xederlərinin daşınmasında istifadə olunan xüsusi qoşqular da güzəşt tətbiq edilən texnikalar sırasına daxil edilib.
Qaydaya görə, kombaynlar real vaxt rejimində onların yerləşmə məlumatlarını izləməyə imkan verən GPS monitorinq sistemi, həmçinin məhsul yığım prosesinin izlənməsi üçün müvafiq sistemlərlə təchiz olunmalıdır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)