"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen yaxın dostu Henry Onyekurunu ziyarət edərkən görüntülənib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, nigeriyalı hücumçunun görüşə təxminən 1 milyard naira (təxminən 1,2 milyon manat) dəyərində olduğu bildirilən "Ferrari 296 GTB" ilə gəlməsi diqqətdən yayınmayıb.
İki futbolçunun görüşündən yayılan görüntülərdə Osimhenin lüks avtomobili də maraq doğurub. "Ferrari 296 GTB"nin idman üslublu dizaynı və yüksək performansı sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.
Görüntülər qısa müddətdə sosial mediada yayılıb və futbolçunun avtomobili ilə bağlı müxtəlif reaksiyalar səsləndirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)