Ərdoğanın müavini istefa verdi

28 Sentyabr 2026 15:17

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Fatma Betül Sayan Kaya vəzifəsindən istefa verib.

Milli.Az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Kaya bu qərarı müxalifətin onun və həyat yoldaşının birja əməliyyatları ilə bağlı irəli sürdüyü iddiaların müstəqil araşdırılması üçün qəbul edib.

Kaya hər hansı qanun pozuntusunu qəbul etmədiyini bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)