Türkiyənin Van vilayətinin Tuşba rayonunda məktəbə ov tüfəngi ilə gələn şagird çaxnaşmaya səbəb olub.
Milli.Az xəbər verir ki, İHA-nın məlumatına görə, hadisə Polatoğlu İbtidai və Orta Məktəbində baş verib.
Adı açıqlanmayan şagird səhər saatlarında boşaldılmış olduğu bildirilən ov tüfəngi ilə məktəbə gəlib. Müəllimlər və valideynlər müdaxilə edərək silahı şagirddən alıblar.
Hadisə ilə bağlı polisə məlumat verilib. Məktəbə gələn hüquq-mühafizə əməkdaşları tüfəngi müsadirə edib, qız şagird isə ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.
Hadisədən xəbər tutan çoxsaylı valideyn məktəbə gəlib. Ərazidə qısa müddətlik gərginlik və çaxnaşma yaşanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)