Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artaraq, yeni tarixi rekord qırıb.
Milli.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, paytaxtdakı yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin bir litrinin qiyməti orta hesabla 600 drama (1,66 dollar) yüksəlib. Əvvəllər bu yanacağın bir litri 580 drama satılırdı.
"Premium" markalı benzinin qiyməti isə 20-30 dram artaraq 620-630 drama çatıb.
Dizel yanacağının qiyməti də eyni məbləğdə artaraq 710 dram olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)