Aygün Kazımova ağlayan qızın başına 18 min manatlıq tac qoydu - FOTOSESSİYA

27 Avqust 2012 13:21
Milli.Az xəbər verir ki, "Miss Civilization Azerbaijan 2012 - Mədəniyyət gözəli müsabiqəsi"nin qalibi bəlli olub. Bu 16 yaşlı Aytac Ağacanovadır. Ötellərin birində, açıq havada baş tutan final mərhələsində 20 qız birincilik uğrunda yarışa çıxsa da, şans Aytacın üzünə güldü.

Yarışmanın münsiflər heyətində təmsil olunan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova, müğənni Ruhi, tanınmış teleprodüser Kamal Cenk İçten, təşkilat komitəsinin sədri Fərid Bağırov, koordinatoru Cengiz Aşkın, stilist Anar Ağakişiyev və sponsor şirkətlərdən birinin meneceri Xəyyam Abbasinin və digərlərin yekdil qərarını Aygün xanım səhnədə açıqladı. Göz yaşlarına hakim ola bilməyən seçilmiş gözəlin qalibiyyətini məkanda olan tamaşaçıların alqışları ilə isbatlandı.

"Harada Aygün, orada mükəmməl şou" şüarı bu dəfə səhnədə əsl "tozanaq"la nəticələndi. Xanım Kazımova ifa etdiyi mahnıları, qıvraq rəqsləri ilə müsabiqənin Azərbaycan finalını bayrama çevirdi. Xalq artistinin dəyəri 18 min manat civarında olan tacı qalibin başına taxarkən özünün də çox həyəcanlanması diqqətdən yayınmadı.
 
Tanınmış radio dj Yusif Ağayev və "ATV Maqazin" verilişinin siması Nərgiz Vahabqızının aparıcılıq etdiyi final gecəsində müğənnilər - Nadir Qafarzadə, Elçin CəfərovGünay İbrahimli də ən sevilən mahnılarını gözəllərin şərəfinə səsləndirdilər.

Məlumat üçün bildirək ki, "Miss Civilization of the World-2012"nin əsas finalı paytaxtımızda -  sentyabrın 10-dan 25-dək keçiriləcək. Ümumilikdə dünyanın 24 ölkəsi - Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstandan Bakıya gələcək gözəllər birincilik uğrunda həm səhnəyə çıxacaqlar.

Bu mötəbər gözəllik müsabiqəsində Azərbaycan adından çıxış etmək Aytac Ağacanovaya nəsib olacaq.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













































































































Fotolar: Şahin Cavadsoy