Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi

28 Sentyabr 2026 11:54

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hücum zamanı həyatını itirən azərbaycanlı ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Onun sözlərinə görə, ötən gün Rusiya tərəfindən Kiyevə hücum zamanı 2 nəfər həlak olub: "Onlardan biri Azərbaycan vətəndaşıdır. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm".

V.Zelenski həmçinin bildirib ki, Xarkova hücumda 9-u uşaq olmaqla, 28 nəfər yaralanıb. 

Xatırladaq ki, sentyabrın 27-də Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb. Hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)