2026-cı il ərzində əvvəlki illərdə törədilmiş və uzun müddət açılmamış qalan 9 cinayətin üstünün açılması təmin olunub.
Milli.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə məlumat verib.
Baş prokurorun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi digər istintaq qurumları ilə birgə müxtəlif istiqamətlərdə iş aparıb. Bu çərçivədə dövlətə və vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi və bərpası istiqamətində də tədbirlər görülüb.
Kamran Əliyev bildirib ki, görülən işlər nəticəsində dövlətə və vətəndaşlara vurulmuş zərərin ödənilməsi təmin edilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)