Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye

28 Sentyabr 2026 10:49

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun bir sıra əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib.

Milli.Az xəbər verir ki, sərəncama əsasən, II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan İsa oğlu Paşayevə verilib.

Bəs Sənan Paşayev kimdir?

Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə 2025-ci ilin dekabrında təyin olunub. O, bundan əvvəl Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb.

S.Paşayev daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsini də tutub.

O, Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində Məhərrəm Talıbovu əvəz edib. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)