Rusiya ordusunun itkiləri açıqlandı

28 Sentyabr 2026 10:11

Ukrayna Rusiya ordusunun müharibədəki itkiləri ilə bağlı məlumatı yeniləyib.

Milli.Az xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, müharibənin 1678-ci günü üzrə Rusiyanın ümumi itkiləri 1 milyon 531 min 60 hərbçiyə çatıb.

Bildirilib ki, Rusiya ordusu indiyədək 12 385 tank, 25 450 zirehli döyüş maşını, 50 477 artilleriya sistemi, 2 165 reaktiv yaylım atəş sistemi və 1 679 hava hücumundan müdafiə sistemi itirib.

Həmçinin 444 hərbi təyyarə, 356 helikopter, 2 774 yerüstü robot-texnika kompleksi, 537 228 pilotsuz uçuş aparatı, 154 735 avtomobil texnikası və 5 118 qanadlı raketin məhv edildiyi bildirilib.

Məlumata əsasən, Rusiya tərəfi 35 gəmi və kater, 2 sualtı qayıq və 4 763 xüsusi texnika da itirib.

Qeyd edək ki, bu rəqəmlər Ukrayna Baş Qərargahının açıqladığı məlumatlardır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)