Almatıda zəlzələ oldu

28 Sentyabr 2026 10:01

Qazaxıstanda zəlzələ olub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

4 bal gücündə olduğu deyilən zəlzələnin episentri Almatı şəhərindən 8 kilometr cənub-qərbdə yerləşib.

Nazirliyin məlumatına görə, yeraltı təkanlar Almatı vilayətində - Qaskelen şəhərində, Boraldai və Ötegen-Batır kəndlərində 2-3 bal gücündə hiss olunub.

Daha əvvəl Almatı sakinləri yeraltı təkanları hiss edib, onların smartfonlarına fövqəladə hallar barədə operativ xəbərdarlıq sistemi - "Mass Alert"dən bildiriş daxil olub.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)