Tramp süni intellektlə bağlı bəyanat verəcək

28 Sentyabr 2026 11:41

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə süni intellektlə bağlı açıqlama verəcək.

Milli.Az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri "Anthropic" şirkətinin baş icraçı direktoru Dario Amodei ilə görüşəcəyini də bildirib. Tramp Amodeini "çox hörmət edilən" şəxs kimi xarakterizə edib.

Qeyd edək ki, Amodei daha əvvəl süni intellekt texnologiyalarının inkişafı və mümkün riskləri ilə bağlı xəbərdarlıqlar səsləndirib. "Anthropic" şirkəti isə AI təhlükəsizliyi ilə bağlı müəyyən məhdudiyyətlərin tərəfdarı olduğunu açıqlayıb.

Tramp isə ABŞ-ın süni intellekt sahəsində liderliyinin qorunması və texnologiyanın inkişafının sürətləndirilməsini prioritet kimi təqdim edib. O, sentyabrın 22-də BMT Baş Assambleyasındakı çıxışında da ABŞ-ın süni intellekt sahəsində üstünlüyünü vurğulayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)