Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı bir neçə digər Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralanan şəxslərin kimliyi hazırda dəqiqləşdirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)