Ağstafada qətl hadisəsi baş verib.
Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. Qətldə 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.
S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)