Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var

28 Sentyabr 2026 09:28

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən, Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən eşşək arabası ilə toqquşub.

Qəza zamanı arabada olan kənd sakini Arif Babaşov müxtəlif xəsarətlər alıb. O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)