Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)

28 Sentyabr 2026 10:00

UFC-nin yüngül çəki divizionunda çıxış edən amerikalı döyüşçü Kris "Tako" Padilya növbəti rəqib kimi Rafael Fiziyevi görmək istədiyini nümayiş etdirib.

Milli.Az xəbər verir ki, Padilya sosial şəbəkə hesabında hesabında Rafael Fiziyevi işarələyərək diqqətçəkən video paylaşıb. O, paylaşımına "Gəlirəm!" sözlərini əlavə edib.

Kris "Tako" Padilya bundan əvvəl də "The Casuals MMA" podkastında Rafael Fiziyevə qarşı döyüşmək istədiyini açıqlayaraq azərbaycanlı idmançıya çağırış etmişdi.

30 yaşlı Padilyanın peşəkar MMA karyerasında 18 qələbəsi, 6 məğlubiyyəti və 1 heç-heçəsi var. Onun qələbələrinin 9-u nokaut, 6-sı isə boğucu fəndlə qeydə alınıb. Döyüşçü son görüşündə Nasrat Haqparastı boğucu fəndlə məğlub edib.

33 yaşlı Rafael Fiziyevin hesabında isə 14 qələbə və 5 məğlubiyyət var. Azərbaycanlı döyüşçü sonuncu görüşündə iyunun 27-də Bakıda keçirilən UFC turnirində Manuel Torresi ikinci raundda nokautla üstələyib.

Qeyd edək ki, hər iki döyüşçü muay-tay üslubundan istifadə edir. UFC statistikasına əsasən, Padilya orta hesabla dəqiqədə 6,67, Fiziyev isə 4,71 dəqiq zərbə endirir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)