Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)

27 Sentyabr 2026 21:09

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və ölkəmizdə səfərdə olan diaspor təşkilatlarının nümayəndələri 27 Sentyabr - Anım Günündə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Komitədən Milli.Az-a daxil olan məlumata əsasən, ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin ictimaiyyətinə Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 21 ölkəsində yerləşən Azərbaycan Evlərində guşələr yaradılır, anım mərasimləri və tədbirlər təşkil olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)