Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış alim, türk millətçi baxışları və araşdırmaları ilə seçilən prof.dr. Səlahəddin (Selahattin) Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
"Dünəndən (srağagündən - red.) bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq.
İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən (Azərbaycan nümayəndə heyəti nəzərdə tutulur - red.) yalnız onu (bir nəfəri, Məqsəd Hüseynovu - red.) zalda saxlayıb, müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar. Salonu tərk edən ölkələr də elə etmişlər.
Üzr istəyirəm..." - professor qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)