Şirkət futbolçunun davranışının və imicinin brendin fəlsəfəsinə və etik standartlarına zidd olduğunu vurğulayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Amerika brendi Nike, nüfuz riskləri səbəbindən "Real"ın keçmiş hücumçusu Kərim Benzemanın iştirak etdiyi reklam kampaniyasını ləğv edib.
Kampaniyanın cümə axşamı Londonda keçirilməsi planlaşdırılırdı. Vəziyyətlə tanış olan mənbələrə görə, Nike futbolçunun keçmişini hərtərəfli araşdırıb və onun tərcümeyi-halının müəyyən aspektlərinin brendin dəyərləri ilə uyğunsuz olduğu qənaətinə gəlib.
Lakin mənbələr qərara səbəb olan konkret halları açıqlamayıblar.
"Bu layihə idmançı ilə Nike arasındakı daha geniş münasibətləri əks etdirmir. Danışıqların bu qədər irəliləməsinə görə təəssüf edirik", - Nike nəşrə bildirib.
Məlum olduğu kimi, 38 yaşlı Benzema əvvəllər keçmiş Fransa millisindən komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj etmək cəhdində iştirak etməkdə günahkar bilinib.
2021-ci ildə məhkəmə futbolçuya bir illik şərti azadlıqlıqdan məhrumetmə və 75.000 avro cərimə cəzası verib.
Benzema hazırda azad agentdir. O, bu yaxınlarda "Əl-Hilal"la müqaviləsini ləğv edib.
Əvvəllər Benzemanın "Lion"da pulsuz transferlə oynamağa razı olduğu bildirilirdi, lakin Səudiyyə Ərəbistanı onu buraxmaqdan imtina edib və bu da onun doğma liqasına potensial qayıtmasına mane olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)