UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)

27 Sentyabr 2026 18:53

Sentyabrın 27-nə keçən gecə Las-Veqasda (Nevada ştatı, ABŞ) "UFC Fight Night 289" turniri keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, turnir çərçivəsində azərbaycanlı Məhəmmədəli Osmanlı Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşıb.

Döyüşün gedişində Osmanlı birinci raundda Akılbekin başına qadağan olunmuş diz zərbəsi vurub, bundan sonra referi döyüşü saxlayıb və Osmanlını diskvalifikasiya edib.

Qeyd edək ki, bu döyüş azərbaycanlı idmançı üçün UFC-də debüt qarşılaşması idi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)