UEFA Millətlər Liqasında Türkiyə millisinin Fransaya 1:0 hesabı ilə məğlub olduğu qarşılaşmada Arda Gülərlə azarkeşlər arasında yaşanan anlar diqqət çəkib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, azarkeşlərdən su istəyən futbolçuya əvvəlcə su şüşəsi, daha sonra isə içərisi su ilə dolu paket atılıb.
Tribunadan Arda Gülərə atılan ilk su şüşəsi yerə çırpılaraq partlayıb. Bunun ardınca başqa bir azarkeş içərisi su ilə dolu plastik paket ataraq futbolçuya kömək edib. Arda Gülər ona çatan paketdəki sudan içərək azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, sözügedən qarşılaşmada Türkiyə millisinin qapısına yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub. Beləliklə, Türkiyə matçı məğlub başa vurub. Arda Gülər isə meydanda olduğu müddətdə Türkiyə millisinin ən çox qol cəhdi edən futbolçusu olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)