Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"27 Sentyabr - Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", - paylaşımda bildirilib.
Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)