Bir vaxtlar artıq çəkisi ilə də gündəmə gələn müğənni Işın Karaca uzun müddətdir davam edən dəyişimi ilə diqqət çəkir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, sənətçi arıqladıqdan sonra 36 bədən ölçüsünə qədər düşdüyünü açıqlayıb.
Karaca bildirib ki, əvvəllər geyimləri onun üçün xüsusi olaraq tikilirdi, indi isə hazır geyimləri rahatlıqla geyinə bilir.
53 yaşlı müğənni qidalanma rejimindən də danışıb. Işın Karaca gündə bir dəfə qidalandığını bildirib. Gün ərzində çox acdıqda dişlərini fırçaladığını deyən müğənni əsas yeməkdən əlavə ayran, kefir və ya su qəbul etdiyini söyləyib.
Karaca öz dəyişimini "Məsələ arıqlamaq deyil, sağlam olmaqdır" sözləri ilə ifadə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)