Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)

27 Sentyabr 2026 10:36

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun 9-cu kilometrliyində, Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib.

77-AM-607 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni hərəkət zolağında dayanan 19-BE-454 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb ediliblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)