Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)

27 Sentyabr 2026 10:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə andı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)