Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
DünyaKeçmiş reper Nepalın baş naziri oldu
Nepalda həmçinin "Balen" adlı repçi kimi tanınan Şah bu eynəklərdən hakimiyyətə gəlməzdən çox əvvəl istifadə etməyə başlayıb. Siyasi fəaliyyətə başladıqdan sonra da o, öyrəşdiyi üslubdan imtina etməyib və rəsmi tədbirlərdə bu cür görünməyə davam edib. Siyasətçi parlament iclaslarında, hərbi paradlarda və digər ictimai tədbirlərdə eyni imicdə çıxış edib. Onun rəsmi portretində də qara eynəkdə olduğu əksini tapıb.
Bununla belə, qeyd olunur ki, baş nazir yalnız hökumət iclasları və şəxsi görüşlər zamanı həmin aksesuarı çıxarır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)